AZ

Ayaqqabılarının ipini bağlayanda infarkt keçirib -   31 yaşlı məmurun ölümünün TƏFƏRRÜATLARI

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı, Vətən müharibəsinin iştirakçısı Vüsal Qurbanlının ölümünün təfərrüatları məlum olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbər görə, 31 yaşlı məmurun ölümü qəfildən baş verib.

O, ayaqqabılarının ipini bağlayan zaman infart keçirib və yerə yıxılıb. Yanında olanlar V.Qurbanlıya yardım etməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb. Həkimlərin səyinə baxmayaraq V.Qurbanlının həyatını xilas etmək mümkün olmayıb. Toyuqlu pizza

Meyit ekspertizadan keçirlib. Onun ölümündə şübhəli məqam aşkarlanmayıb. Ekspertlətin rəyinə görə, ölüm 5 saniyə ərzidə baş verib.

Mərhum Bakının Qala qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, əvvəllər Vüsalın səhhətində heç bir problem olmayıb. Həmişə idmanla məşğul olurmuş.

Qurbanlı Vüsal Fikrət oğlu 1994-cü ildə anadan olub. Əslən Qərbi Azərbaycandandır. Azərbaycan Kooperasiya Universitetini bitirib.

Vətən müharibəsi başlayan kimi kölüllü formada ordu sıralarına qoşulub. Qubadlının və digər ərazilərin işğaldan azad olunması uğrunda döyüşüb. Müharibədə göstərdiyi igidliyə görə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

O, 2022-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinində çalışırdı.

V.Qurbanlı ailəli idi. 1 yaşında və 2 aylıq övladları var.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
117
3
yenisabah.az

5Mənbələr