AZ

Azərbaycan və Qırğızıstan neft tədarükü ilə bağlı perspektivləri müzakirə edirlər - Nazir (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan və Qırğızıstan neft tədarükü ilə bağlı perspektivlərimüzakirə edirlər.

Bunu Trend-ə bugün Qırğızıstanın İqtisadiyyat və Kommersiya naziri Bakıt SıdıkovBakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzvdövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalarnazirlərinin II iclası çərçivəsində bildirib.

“Azərbaycanla bu istiqamətdə ümumi müzakirələr aparılır. Biz,iqtisadiyyat naziri olaraq, iqtisadi tərəfi nəzarətdə saxlayırıq,çünki söhbət yanacaq və enerji sahələrindən gedir. Əlavəməsləhətləşmələr müvafiq nazirliklərlə aparılmalıdır”, - nazir qeydedib.

Sıdıkov həmçinin bildirib ki, yaxın vaxtlarda Türk İnvestisiyaFondunun iclasının keçirilməsi planlaşdırılır. “Ümumi razılıq əldəolunarsa, görüş ilin sonuna qədər Bişkekdə keçiriləcək. Oradainvestisiya siyasətinin əsas məsələləri müzakirə olunacaq: hansısahələr prioritet olacaq, investisiyalar kimlərə və hansı maliyyəşərtləri altında veriləcək. Söhbət formal qoruyucu tədbirlərdənyox, fondun strateji sənədlərindən gedir”.

Nazir əlavə edib ki, artıq Azərbaycan-Qırğızıstan İnkişaf Fondu(AQİF) fəaliyyət göstərir və fəal iş aparır. “Dörd investisiyaərizəsinə artıq baxılıb və ilkin olaraq təsdiqlənib. Hazırda fondunkapitalının 100 milyon dollara artırılması istiqamətində işaparılır. Hazırda 25 milyon təşkil edir və yaxın zamandaartırılması gözlənilir”.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr