
ABŞ Prezidenti Donald Trampa “sərt”, “orta” və “yumşaq” olmaqla Rusiyaya qarşı sanksiyaların üç variantı təklif edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal ” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, “sərt” variant Rusiya sənayesinə və Rusiyanın yüksək rütbəli rəhbərliyinə qarşı yönəlib. “Orta” variant Rusiyanın enerji sektorunu hədəf alıb. “Yumşaq” variant isə yalnız yüngül məhdudiyyətləri əhatə edib.
Ancaq Tramp Rusiyaya qarşı sanksiyaların “orta” variantını seçib.
Adı açıqlanmayan rəsminin sözlərinə görə, qərarın qəbul edilməsi zamanı ABŞ dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset də iştirak edib. Onlar da Ağ Ev rəhbərinin seçimini dəstəkləyib.
Qeyd edək ki, otyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl”u, eləcə də, onların 34 törəmə şirkətini Amerika sanksiyalarının yeni paketinə daxil edib.
