AZ

Meksikada 48 torba insan qalığı aşkar edilib

Ajans.az xəbər verir ki,qalıqların Arroyo Hondo ərazisindəki gizli dəfn yerində tapılması dövlət orqanları tərəfindən təsdiqlənib. “Xalisko, Zapopan bələdiyyəsinin Arroyo Hondo ərazisində yerləşən gizli dəfn yeri narahatedici kəşflərin mərkəzi olaraq qalır. Dövlət orqanları şübhəli insan qalıqlarının olduğu torbaların sayının 48-ə çatdığını bildirib,” – deyə Tribuna de Mexico qəzetində yayımlanan məqalədə qeyd olunur. Dəfn yerində araşdırma və axtarışlar davam edir, daha çox qalıq tapılması ehtimalı var. Gizli dəfn yeri 26 sentyabr tarixində Guerreros Buscadores hərəkatının fəalları tərəfindən aşkar edilib, lakin bu məlumat yalnız yaxın günlərdə açıqlanıb. Məlumatlara görə, Xalisko ştatında 15.900-dən çox insan itkin düşüb, və mütəxəssislər bunun bölgədəki cinayətkar qrupların fəaliyyəti ilə əlaqəli olduğunu bildirirlər.

 

Seçilən
75
Ajans.az

1Mənbələr