ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Siyavuş Novruzov: “Məhkəmə-Hüquq Şurası bəlkə də imtahanları yüngülləşdirməlidir”
“Bizim 600-dən çox hakimimiz var. Məhkəmə qərarlarını onlar icra edir. Statistikanın bizə verdiyi məlumata görə, ildə 13 min adam boşanır. Demək, bir hakim bir gündə 7 boşanmaya baxmalıdır”. AYNA.AZ “Modern.az”a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
“Burada da operativ şəkildə qərarların qəbul olunmasında, mülkiyyətin bölüşdürülməsində müəyyən problemlər yaşana bilər. Ona görə də hesab edirəm ki, Məhkəmə-Hüquq Şurası bəlkə də imtahanları yüngülləşdirməlidir ki, hakimlərin sayı çoxalsın, qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və düzgün olaraq qərarlar qəbul olsun”.
Spiker Sahibə Qafarova isə bildirib ki, bu imtahanlarının sadələşdirilməsi təklifi doğru deyil və heç vaxt sadələşdirilməməlidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.