AZ

Kreml və Avropa arasında unitaz DAVASI

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 19-cu sanksiya paketi çərçivəsində bu dəfə unitaz, əl-üz yuyan da idxal qadağası siyahısına daxil edilib. 

Yeni qərarla birlikdə Aİ Rusiyaya “sanitar avadanlıqlar” kateqoriyasına aid bütün məhsulların ixracını qadağan edib. 

"Cebheinfo.az" xəbər verir ki, Brüssel bu qərarın səbəbini açıqlamasa da, siyahıya onlarla yeni məhsulun, o cümlədən “ikili istifadə” üçün nəzərdə tutulan bəzi malların da daxil olduğu bildirilib. Qadağa siyahısında yosunlar, mamırlar, meşə bitkiləri və motorlu oyuncaqlar kimi qeyri-adi məhsullar da yer alıb. 

Kreml bu qərara dərhal reaksiya verib. Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə görüşündə Aİ-nin son qərarına ironik cavab verərək deyib: 

“Bu, onlara baha başa gələcək. Əgər Rusiyaya qarşı bu siyasəti davam etdirmək niyyətindədirlərsə, indi bu məhsullar onlara daha çox lazımdır”. 

Putinin bu sözləri Rusiya mediasında sürətlə gündəmə çevrilib. "Tsargrad" və "RIA Novosti" kimi nəşrlər Prezidentin açıqlamasını “sanksiya yumoru” kimi təqdim ediblər. Rusiya şərhçiləri isə bildiriblər: 

“Unitaz qadağasının simvolik mənası var; Qərb artıq ağıl ilə deyil, emosiyalarla hərəkət edir”. 

Kremlə yaxın mənbələr isə Moskvanın bu sanksiyalara qarşı “simmetrik olmayan, lakin təsirli” iqtisadi addımlar hazırladığını qeyd ediblər.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
1
cebheinfo.az

2Mənbələr