AZ

Urumçu Hava Limanında əcnəbilər üçün vahid xidmət mərkəzi açılıb

Yazını böyüt
Yazını kiçilt

Çinin Sincan-Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçi şəhərinə gələn əcnəbilər üçün vahid xidmət mərkəzi Tyanşan Beynəlxalq Hava Limanının beynəlxalq gəliş zalında açılıb. Yeni mərkəz əcnəbilərə gəliş zamanı vahid pəncərə rejimində tam xidmətlər göstərəcək.

Hafta.az-ın yazdığına görə, Urumçi Sərhəd Limanı İdarəsinin məlumatında deyilir ki, mərkəz beş əsas xidmət növü təklif edir: ödəniş, telekommunikasiya, nəqliyyat, mədəniyyət və turizm, ticarət və investisiya.

Ofisin rəhbəri Ren Honqveyin qeyd etdiyi kimi, xarici vətəndaşlar təyyarədən düşdükdən sonra mərkəzdə xarici mobil telefon nömrəsini aktivləşdirmək, məlumat planına abunə olmaq və ödəniş alətlərini qurmaq kimi əsas xidmətlərdən istifadə edə biləcəklər. Onlara həmçinin turistik yerlərə dair tövsiyələr, marşrutlar və çoxdilli bələdçi daxil olmaqla turist məlumatları təklif olunacaq. Mərkəz həmçinin hava limanının nəqliyyat resursları ilə əlaqə saxlayır və şəhərə avtobuslar, taksilər və avtomobil paylaşımı da daxil olmaqla mövcud nəqliyyat variantları barədə məlumat verir.

Son illər beynəlxalq uçuşların sayı artdıqca Tyanşan Hava Limanında beynəlxalq sərnişin axınında davamlı artım müşahidə olunur.

Ren Honqvey bildirib: “Ümid edirik ki, bu mərkəz xarici vətəndaşlara Urumçinin açıqlığını və rahatlığını gəlişindən dərhal sonra hiss etməyə imkan verəcək”.

Seçilən
65
1
hafta.az

2Mənbələr