AZ

Avropa nəhəngi hərəkətə keçdi - Bəşər Əsədlə bağlı qərar verildi

Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd haqqında çıxarılan həbs qərarının qüvvədə qalmasına qərar verib.

Publika.az xəbər verir ki, qərar Əsədin Suriyada dinc sakinlərə qarşı qadağan olunmuş kimyəvi silahlar istifadə etməsi iddiaları ilə bağlıdır.

Bu, devrilmiş prezidentin şəxsi toxunulmazlığının tam olmadığı ilk hallardan biri kimi qiymətləndirilir.

Fransa hökumətinin bu addımı Əsəd rejiminin insan haqlarını pozduğu iddialarına beynəlxalq reaksiyanın bir hissəsi kimi qiymətləndirilir. Lakin Əsədin Fransa ərazisinə səfər edəcəyi halda həbs edilə biləcəyi hələ də beynəlxalq hüquq və diplomatiya baxımından mübahisəli mövzu olaraq qalır.

Seçilən
80
publika.az

1Mənbələr