Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son illərdə dünyada maliyyə sistemlərinə yeni yanaşmalar ortaya çıxır. Bu yanaşmalardan biri də İslam maliyyəsidir. Bu sistem yalnız dini prinsiplərə əsaslanmır, həm də ədalət, şəffaflıq və sosial məsuliyyət kimi dəyərləri önə çəkir. Türkiyə bu sahədə uğurlu təcrübəyə malikdir və Azərbaycan da bu modelə maraq göstərməyə başlayıb. Gənclərin bu sahədə maariflənməsi, hüquqi çərçivənin formalaşdırılması və iki ölkə arasında əməkdaşlıq, İslam maliyyəsinin inkişafı üçün vacib addımlardır.Gənclərin maliyyə savadlılığının artırılması üçün hansı təşəbbüslər irəli sürülə bilər?Azərbaycan Türkiyənin bu sahədəki təcrübəsinə əsaslanaraq, hansı model və ya məhsullar Azərbaycana daha uyğun ola bilər? Bu əməkdaşlıq iki ölkənin regional iqtisadi gücü baxımından hansı üstünlükləri təmin edə bilər?
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Azərbaycan İqtisad Universitetinin doktorantı Ebru Kalan bildirib ki, bizim insanlarımızın bu mövzuda biliklənməsi lazımdır: “Əvvəla, hüquqi qanun önəmlidir. Dövlətin bunu təsdiq etməsi lazımdır. Sonra bizim insanlarımızın bu mövzuda biliklənməsi lazımdır. İslamı bir birlik olaraq deyil, islami bir maliyyə - yəni tənzimləmə, ədalət və prinsipləri içində daha çox müdafiəni irəli götürməyi bilməliyik. Bunun üçün ən önəmli addım başda hüquqi tənzimləmələri həll etməliyik”.
Ebru Kalan
Ebru Kalan vurğulayıb ki, Türkiyə bu sistemi uğurla tətbiq edən region ölkələrindən biridir: “Müasir dünyada iqtisadi sistemlər təkcə mənfəət yönümlü deyil, eyni zamanda ədalət, şəffaflıq və sosial məsuliyyət prinsipləri əsasında yenidən formalaşır. Bu baxımdan, İslam maliyyəsi həm Azərbaycan, həm də Türkiyə üçün sadəcə alternativ deyil, davamlı və etik bir maliyyə modeli kimi strateji əhəmiyyət daşıyır.
Türkiyə, İslam maliyyə sistemini uğurla tətbiq edən region ölkələrindən biridir. 1980-ci illərdən fəaliyyət göstərən iştirak bankları bu gün ölkənin bank sektorunun təxminən 10 faizini təşkil edir. Dövlət səviyyəsində dəstəklənən bu model, faizsiz bankçılıq üçün hüquqi çərçivənin yaradılması və İslam istiqrazları (sukuk) ilə təkafül kimi alətlərin inkişaf etdirilməsi ilə gücləndirilmişdir. Türkiyənin təcrübəsi göstərir ki, İslam maliyyəsi yalnız dini tələbləri yerinə yetirməklə kifayətlənmir, həm də iqtisadi sabitlik, sosial ədalət və ədalətli risk bölgüsü baxımından müasir kapitalist modellərə sağlam bir alternativ yaradır”.
Ebru Kalan qeyd edib ki, gələn ildən etibarən “pəncərə modeli” vasitəsilə İslam bankçılığı xidmətlərinin təqdim edilməsi planlaşdırılır: “Can Azərbaycanın bu sahədə yeni bir mərhələyə qədəm qoyması isə mühüm hadisədir. 2026-cı ildən etibarən “pəncərə modeli” vasitəsilə İslam bankçılığı xidmətlərinin təqdim edilməsi planlaşdırılır. Bu addım ölkənin maliyyə bazarını şaxələndirəcək, investisiya mühitinə etik və etibarlı alternativlər gətirəcək. Eyni zamanda, İslam İnkişaf Bankı və sukuk bazarı ilə əməkdaşlıq istiqamətində işlər davam edir.
Hər iki ölkədə də İslam maliyyəsi ədalətli qazanc, real istehsala əsaslanan gəlir və etimada söykənən iqtisadi sistem deməkdir. Türkiyə bu modelin təcrübəsini formalaşdırıb, Azərbaycan isə bu təcrübəni öz iqtisadi reallıqlarına uyğunlaşdıraraq regionda yeni bir mərhələnin əsasını qoya bilər”.
Günel Həsənova Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.