AZ

Cəmiyyətimizdə ailə dəyərləri zəifləyib, əksər müsəlman ölkələrində də bu tendensiya görünməkdədir

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Son zamanlar cəmiyyətimizdə ailə dəyərlərinin zəifləməsi müşahidə olunur. Yaşanan hadisələr bunu deməyə ciddi əsaslar verir.Ailə dəyərlərinin qorunması və gənclərin mənəvi tərbiyəsi istiqamətində hansı qanunvericilik təşəbbüsləri gündəmdədir? Bu tendensiyanın qarşısını almaq üçün hansı sosial və maarifləndirici tədbirlər vacibdir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, əksər müsəlman ölkələrində bu tendensiya, bu proses getməkdədir.

Ceyhun Məmmədov

“Təəssüf ki, getdikcə Azərbaycan cəmiyyətində ailə dəyərləri zəifləyib. Ailə dəyərlərinin zəifləməsi, yalnız bizim ölkəmizdə müşahidə olunmur. Əksər müsəlman ölkələrində bu tendensiya, bu proses getməkdədir. Əslində də bu proses çox ciddi bir narahatlıq yaratmaqdadır və yaratmalıdır. Bu proseslərin bu cür cərəyan etməsi həqiqətən də narahatlıq doğuran bir məsələdir. Bunun qarşısını almaq üçün ailə dəyərlərinin qorunmasına önəm verilməlidir. Gəncləri bu ruhda tərbiyə etməli, bu ruhda böyütməlidirlər. Bu istiqamətə onları yönləndirməlidirlər. Bu, çox vacib məsələdir. Eyni zamanda mətbuatda, mediada, KİV-də davamlı olaraq təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Universitetlərimizdə, orta məktəblərimizdə, ailə mühitində də maarifləndirmə və təbliğat işləri icra edilməlidir”-deyə Ceyhun Məmmədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
icma.az

1Mənbələr