Hollivudun dünyaca tanınmış aktyoru Tom Hanks bu həftə Nyu-York metrosunda sadə geyimdə səyahət edərkən görüntülənib. "Er Ryan'ı xilas etmək" filmi ilə tanınan 69 yaşlı ulduzun papaq, eynək və maska taxaraq izdiham arasında fərq edilmədən hərəkət etdiyi bildirilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, vaqondakı sərnişinlər ya məşhur aktyoru tanımayıb, ya da tanısalar belə, onu narahat etməyiblər.
Tom Hanks yaxın günlərdə qonaq olduğu Jimmy Kimmel Live! verilişində Nyu-York metrosuna olan marağından danışmışdı. Məşhur aktyor "Nyu-York metrosu bir möcüzədir. Hər gün 7 milyon insanı daşıyır", – deyərək ictimai nəqliyyata olan sevgisini ifadə etmişdi.
Tom Hanksin illərdir metrodan istifadə etməyə davam etməsi və xalq içində sadə həyat tərzi sürməsi sosial şəbəkələrdə geniş müzakirə olunub. Bir çox istifadəçi, "Tom Hanks yenə təvazökarlığını göstərdi", "Həqiqi xalq adamı", "Məşhur olub bu qədər sadə yaşamaq böyük işdir" kimi şərhlər yazıblar.