AZ

Rafael Benites “Panatinaikos”un baş məşqçisi təyin olunub

Tanınmış ispan mütəxəssis Rafael Benites məşqçiliyə geri qayıdıb.

90deqiqe.Az xəbər verir ki, 65 yaşlı çalışdırıcı Yunanıstanın “Panatinaikos” klubunun yeni baş məşqçisi təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti açıqlanmayıb.

Benites 2024-cü ilin martında “Selta”dan ayrıldıqdan sonra bir ildən çox müddət ərzində işsiz idi. O, karyerası ərzində “Liverpul”, “Napoli”, “Real Madrid” və “Nyukasl” kimi klubları çalışdırıb.

Hazırda “Panatinaikos” Yunanıstan çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda son olaraq UEFA Avropa Liqasının III turunda səfərdə “Feyenoord”a 1:3 hesabı ilə uduzub.

Seçilən
37
90deqiqe.az

1Mənbələr