“Buzdağı” MMC şirkətinin su istehsalında gigiyenik qaydalara riayət etməməsi barədə görüntülər yayılıb.
Pravda.az xəbər verir ki, sözügedən görüntüləri qida eksperti Məhsəti Hüseynovanın rəhbərlik etdiyi Qida Təhlükəsizliyi Hərəkatı ictimailəşdirib.
Vətəndaşlardan biri şirkətin su doldurma prosesi zamanı gigiyenik qaydalara riayət etmədiyini, suyun plastik şlanq vasitəsilə bidonlara doldurulduğunu və məhsulun hazırlandığı ərazinin çirkli, anti-sanitar şəraitdə olduğunu sübut edən video çəkib.
Vəziyyəti istehlakçılar üçün ciddi sağlamlıq riski yaratması, qida təhlükəsizliyi standartlarına zidd olması vurğulanıb, məsələ ilə bağlı müvafiq araşdırma aparması, qanunvericiliyə uyğun tədbirlər görülməsi barədə çağırış edilib.
Qeyd: Hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Axundov küçəsi, ev 26 olan “Buzdağ” MMC-nin qanuni təmsilçisi Samir Fərhad oğlu Qarayevdir.
Aytəkin Qardaşova