Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı təşkil edilən sorğulara diqqəti yönəldərək bildirir ki, əksəriyyət insanların həmin torpaqları belə görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi həqiqətən qürurvericidir. Bu, əlbəttə ki, cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Bunu hiss edir və xoşbəxtik.
İşğaldan azad edilmiş ayrı-ayrı şəhərlərdə, kəndlərdə görülən işlərə gəldikdə isə bu ərazilərin işğaldan azad edildikləri tarixlər sanki bir hesabat xarakteri daşıyır. Qısa müddətdə, beş ildə görülən işlərin miqyası olduqca genişdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31