AZ

Çexiya avroya keçmək istəyir

Bu barədə Çexiyanın Azadlıq və Birbaşa Demokratiya Partiyasının (SPD) lideri, parlamentin aşağı palatasının sədrliyinə namizəd Tomio Okamura ölkənin "Novinky" xəbər saytınaaçıqlamasındaməlumat verib. Onun sözlərinə görə, bu məsələ üzrə parlamentdə qanun layihəsi hazırlanacaq. Layihəyə əsasən,vətəndaşların Avropa İttifaqının (Aİ) Miqrasiya Paktına və istixana qazı emissiyalarına dair icazələrə münasibətlərini öyrənmək üçün də müvafiq referendumlarkeçiriləcək.

Sayt yazır ki, pul vahidinin dəyişdirilməsi ehtimalı Çexiya cəmiyyətində xeyli mübahisələr doğurub.Əksər vətəndaşlar milli valyutanın (kron) saxlanmasının tərəfdarıdırlar.Prezident Petr Pavel isə avroya keçidi dəstəkləyir.

Firudin Həmidli
AzVision.az
Seçilən
57
2
azvision.az

3Mənbələr