Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Cəbhə Zaporojye, Dnepr, digər şəhərlərə doğru sürətlə irəliləyir.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi könüllü, fəal Mariya Berlinskaya özünün Teleqram kanalında yazıb.
“Kəskin şəkildə insan çatışmazlığı var. Ruslar yavaş-yavaş, çətinliklə, böyük itkilərlə irəliləyirlər, amma hər gün irəliləyirlər. Pokrovsk, Pavloqrad, Volnyansk və hətta Zaporojye, Dnepr, Sum və Xarkovu itirməmək üçün orduya dayanmadan kömək edin. Rahatlasaq, bu şəhərlər itirilə bilər”, - Berlinskaya bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.