AZ

Özbəkistanda dinozavr sümükləri tapıldı

BAKI, 24 oktyabr. TELEQRAF

Özbəkistanın Qaraqalpaqıstan vilayətində təxminən 70 milyon il əvvəl yaşamış dinozavrın sümükləri tapılıb.

Teleqraf xəbər verir ki, qədim heyvanın qalıqları Qaraqalpaqıstanın Sultan Uəys dağ silsiləsində aşkar edilib.

Ərazidə Qaraqalpaq Dövlət Universiteti və Özbəkistanın Dövlət Geologiya Muzeyinin alimləri araşdırma aparıblar. Arxeoloqların fikrincə, bölgədə dinozavrın fəqərələri və baldır sümükləri tapılıb.

“Aşkar edilmiş qalıqlar Mezozoy erasının Təbaşir dövrünə aid ola bilər. Hazırda beynəlxalq ekspertləri cəlb etməklə tədqiqatlar aparırıq”, - Özbəkistan Dövlət Geologiya Muzeyinin direktoru Axmadjon Axmedşayev deyib.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın Qızılorda vilayətində də dinozavr sümüyü tapılıb. Həmçinin ötən il Tacikistanda 85 milyon il əvvəl yaşamış dinozavrın qalıqları aşkar edilib.

Seçilən
40
teleqraf.com

1Mənbələr