"Qalatasaray" klubu futbol komandasının formalarını tədarük edən "Puma" ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni razılaşma 2035-36 mövsümünün sonuna qədərdir. 

"Qalatasaray" bu anlaşmadan ümumilikdə 83 milyon avro qazanacaq. Eyni zamanda müəyyən şərtlər yerinə gətirilsə, 14.5 milyon avro əlavə bonus olacaq.

Qeyd edək ki, "sarı-qırmızılar" ötən mövsümdən etibarən "Puma" ilə çalışır.