AZ

Benites yunanlarla müqavilə imzaladı

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yunanıstanın “Panatinaikos” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” ispaniyalı mütəxəssis Rafael Benitesə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Beniteslə razılaşmanın detalları hələlik açıqlanmayıb.

65 yaşlı mütəxəssisin son ünvanı “Selta” olub. O, ötən ilin martından işsizdir. Benites karyerası ərzində “Valensiya”, “Liverpul”, “İnter”, “Napoli”, “Çelsi“, “Real”, “Everton” kimi klublarda işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
futbolpress.az

1Mənbələr