Bakı. Trend:
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri təkcə ikiölkə arasında münasibətlərin növbəti mərhələsi deyil, həm də bütünregion üçün strateji hadisə kimi dəyərləndirilməlidir. Bakı vəAstana arasındakı dialoq son illərdə dərin məzmun qazanıb - enerjitəhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, sərmayə axınları vəregional sabitlik məsələləri bu münasibətlərin əsasını təşkiledir.
Qazaxıstan nefti hələ də əsasən Rusiya ərazisindən, Novorossiysklimanı vasitəsilə ixrac olunur. Fəqət Qara dənizdə gərginlik,sanksiya riski və tranzit sabitliyinin zəifləməsi Astananı yenialternativlər axtarmağa məcbur edir. Məhz bu məqamda AzərbaycanQazaxıstan üçün əsas enerji körpüsünə çevrilir.
2025-ci ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri iləQazaxıstan neftinin daşınması gündə 150 min barrelə yaxınlaşıb. Burəqəm 2023-cü illə müqayisədə iki dəfədən çox artım deməkdir. SOCARvə “KazMunayGaz” arasında aparılan danışıqlar nəticəsində “Dünqa”yatağının birgə işlənməsi istiqamətində ciddi irəliləyiş əldəolunub. Bu yataqda hasil olunan yüngül, aşağı kükürdlü neft dünyabazarlarında yüksək tələbatla satılır.
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bəyan edibki, Bakı vasitəsilə neft ixracının həcmi il ərzində 4 milyon tonsəviyyəsinə çatdırılacaq. SOCAR isə öz növbəsindəBakı-Tbilisi-Ceyhan (BTC) sistemində qazax neftinin ötürülməsi üçünəlavə güc ayırmaqla yanaşı, Qara dənizdəki risklər fonunda Xəzərmarşrutunun daha cəlbedici olduğunu vurğulayıb.
Bu əməkdaşlığın mühüm tərəfi həm də texnoloji sinerjidir.SOCAR-ın neft emalı təcrübəsi, həmçinin Cənub Qaz Dəhlizilayihəsində əldə etdiyi logistika və infrastruktur imkanlarıQazaxıstanın xammal ixracına əlavə dəyər qazandırır. Bununqarşılığında “KazMunayGaz” Bakı üçün Xəzər sektorunda geolojikəşfiyyat və dəniz hasilat texnologiyalarında tərəfdaş rolunuoynayır.
Azərbaycan və Qazaxıstan təkcə enerji sahəsində deyil, həm dətranzit siyasətində strateji sinxronluq nümayiş etdirir. OrtaDəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) artıq sadəcəinfrastruktur layihəsi deyil, Avrasiya məkanında siyasi və iqtisadicazibə mərkəzinə çevrilməkdədir.
2025-ci ilin iyununda Bakı və Astana Orta Dəhlizinrəqəmsallaşdırılması barədə anlaşma memorandumu imzaladılar. Busənəd yük axınlarının izlənməsi, gömrük prosedurlarınınunifikasiyası və tariflərin uyğunlaşdırılmasını nəzərdə tutur.Qazaxıstan tərəfi Quryk limanının modernləşdirilməsi layihəsinə 320milyon dollar, Azərbaycan isə Ələt Azad İqtisadi Zonasınıngenişləndirilməsinə 400 milyon dollar sərmayə yatırır.
Bu, əslində, iki ölkənin ticarət dövriyyəsinə də birbaşa təsirgöstərir. 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 600 milyondollara çatıbsa, 2025-ci ilin birinci yarısında bu göstərici artıq800 milyon dollara yaxınlaşıb. Əsas artım qeyri-neft sektorunun –metallurgiya, kənd təsərrüfatı və nəqliyyat-logistika xidmətlərininhesabınadır.
Artıq “5+1” formulu keçmişə çevrilir. Azərbaycanla Mərkəzi Asiyaölkələri arasında formalaşan “6-lıq” – vahid mədəni, iqtisadi vəsiyasi məkan – XXI əsrin yeni geosiyasi reallığına çevrilir.
Əgər 1990-cı illərdə region “enerji resursları anbarı” kimitanınırdısa, indi o, enerji tranziti və istehsal texnologiyalarınıninteqrasiyası platformasına çevrilib. Bakı və Astana bu prosesinönündə gedir. Onları birləşdirən amillər təkcə dil və din deyil –bu, həm də modernləşmə modeli, balanslı xarici siyasət, millimaraqları qlobal rəqabət şəraitində qoruma bacarığıdır.
Azərbaycanın Avropa Şurasına üzvlüyü, Avropada İdman Oyunlarınaev sahibliyi etməsi və Qərb enerji bazarlarına inteqrasiyası onunMərkəzi Asiya üçün “Avrasiya körpüsü” funksiyasını möhkəmləndirir.Qazaxıstan isə öz növbəsində “Asiyanın Avropaya açılan qapısı” kimiçıxış edir. Bu qarşılıqlı tamamlanma strateji baxımdan idealsimbiozdur.
Sovet və postsovet dönəmlərində “Cənubi Qafqaz”, “Orta Asiya”,“Baltikyanı ölkələr” kimi inzibati bölgülər siyasi xəritəni müəyyənedirdi. Bu terminlər indi öz yerini yeni anlayışlara – “Türkdünyası”, “Orta Dəhliz”, “Avrasiya inteqrasiyası” kimikonsepsiyalara verir.
Tarixi baxımdan Azərbaycanla Qazaxıstanı birləşdirən əsas xəttBöyük İpək Yoludur. Hələ qədim dövrlərdə Həştərxandan və Dərbənddənkeçən karvan yolları Xəzər üzərindən ticarət və mədəni əlaqələrinmagistralına çevrilmişdi. XXI əsrin “rəqəmsal İpək Yolu” layihələri– “Digital Silk Way”, “Transxəzər Fiber Optic” və “Zəngəzurkoridoru” bu qədim xəttin müasir təcəssümüdür.
Bu inteqrasiyanın əsas fəlsəfəsi – müstəqilliyi qorumaqlaəməkdaşlığı dərinləşdirməkdir. Qazaxıstan üçün Azərbaycanıntəcrübəsi enerji ixracının şaxələndirilməsi və nəqliyyatazadlığının təminində model rolunu oynayır. Azərbaycan isəQazaxıstan vasitəsilə Orta Asiyada logistik çıxışlarınımöhkəmləndirir, Türkmənistanla əlaqələri daha effektiv şəkildəkoordinasiya edir.
2025-ci ilin yayında keçirilən “Birlik–2025” birgə təlimlərigöstərdi ki, Bakı və Astana artıq yalnız iqtisadi tərəfdaşlardeyil, həm də təhlükəsizlik sahəsində koordinasiya edəndövlətlərdir. Regiondakı gərginliklər – Əfqanıstan, Xəzərinşimalında enerji infrastrukturlarına təhdidlər və Qara dənizdəkiqeyri-sabitlik – hər iki ölkəni ortaq müdafiə planlamasına sövqedir.
Azərbaycanın müdafiə sənayesi sahəsindəki texnoloji üstünlüyüQazaxıstanın istehsal gücü ilə sintez olunarsa, bu, bütün TürkDövlətləri Təşkilatının müdafiə sistemində yeni mərhələninbaşlanğıcı olacaq.
XXI əsrin onuncu–iyirminci illərinin qovşağında Xəzərin şərqindəciddi geosiyasi fırtına başladı. Uzun illər qapalı və təcridvəziyyətində qalan Mərkəzi Asiya dünyaya açılmağa başladı və “birpəncərə” sistemindən imtina etdi. Bu dəyişimin səbəbləri çox idi -2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilənsanksiyalardan tutmuş, Kremlin postsovet məkanında “Moskva qərarverir, yerlərdə icra olunur” prinsipinə əsaslanan köhnə idarəçilikmodelini saxlamaq cəhdlərinə qədər.
2022-ci ilin fevralında başlayan Ukrayna müharibəsi buprosesləri daha da sürətləndirdi. Rusiya üzərindən keçən enerji vəticarət marşrutları ya bağlandı, ya da qeyri-sabit hala gəldi.Rublun dəyərinin kəskin enməsi, iqtisadi sanksiyalar və investisiyamühitinin pisləşməsi Moskvanın regional iqtisadi cazibəsini deməkolar ki, aradan qaldırdı. Nəticədə, həm Qazaxıstan, həm də digərMərkəzi Asiya ölkələri üçün “dünyaya açılan pəncərə” rolunuAzərbaycan öz üzərinə götürdü.
Bakı artıq təkcə enerji ixracatçısı deyil, həm də müasirlogistika mərkəzidir - müstəqil boru kəmərləri, dəmir yolları,Xəzərin ən iri limanı olan Ələt Ticarət Limanı, bərələr vəmultimodal tranzit sistemləri ilə təchiz olunmuş bir ölkə. Bu,faktiki olaraq, qədim Böyük İpək Yolunun XXI əsr versiyasıdır. Əgərqədimdə karvanlar Xəzəri dolanaraq keçirdisə, indi Tranzxəzərdəhlizi vasitəsilə əlaqələr birbaşa şəkildə təmin olunur.Azərbaycan bu yeni coğrafiyanın təbii mərkəzinə çevrilib.
Əməkdaşlıq təkcə iqtisadi deyil, həm də təhlükəsizlik ölçüsünəmalikdir. “Birlik–2025” adlı birgə hərbi təlimlər göstərdi ki,Azərbaycan və Mərkəzi Asiya ölkələri artıq de-fakto vahid logistik,iqtisadi və sərmayə sistemini formalaşdırıblar. Bu sistemin üzərinəgetdikcə daha sıx təhlükəsizlik əməkdaşlığı əlavə olunur.
Bakı və Astananın bu istiqamətdəki addımları Avrasiyanınmərkəzində yeni bir “altılıq” formatının - Azərbaycanla beş MərkəziAsiya dövlətinin geosiyasi oxunun formalaşdığını göstərir. Buformatın əsas məqsədi yalnız ticarət və enerji deyil, həm dəkollektiv təhlükəsizlik, nəqliyyat sabitliyi və regional stratejibalansın qorunmasıdır.
Astanada baş tutan danışıqlar nəticəsində Prezidentlər İlhamƏliyev və Kasım-Jomart Tokayev yaxın illərdə Qazaxıstan neftininBakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə illik 7 milyon tonsəviyyəsinə çatdırılması barədə razılığa gəldilər.
Bu qərar Xəzər regionunun enerji logistikası baxımından stratejidönüş nöqtəsidir. Onunla həm Bakı, həm də Astana öz enerjisiyasətlərində əsaslı korrektələr edirlər. Əvvəllər Azərbaycanyüksək kükürdlü qazax neftinin BTC qarışığının keyfiyyətini azaldabiləcəyi səbəbindən bu tranzit həcmini artırmaq istəmirdi. Lakinbugünkü reallıqlar bu mövqeni dəyişməyə məcbur etdi.
Bu qərarın arxasında Azərbaycanda hasilatın tədricən azalması,BTC boru kəmərinin istismar xərclərinin azaldılması zərurəti vəAvropada iqtisadi səbəblərlə bağlı bir sıra neft emalı zavodlarınınbağlanması və bunun nəticəsində “qara qızıl”a olan tələbinstrukturunun dəyişməsi kimi üç əsas amil dayanır.
Son 15 ildə Azərbaycanda neft hasilatı ildə orta hesabla 4–5faiz azalıb. Beynəlxalq analitik mərkəzlər 2026–2028-ci illərdə buazalmanın 8–9 faizə qədər sürətlənə biləcəyini proqnozlaşdırır.
2024-cü ildə Azərbaycan ümumilikdə 29 milyon ton neft vəkondensat hasil edib. Bunun təxminən 5 milyon tonu kondensat, 12,5milyon tonu isə “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının payına düşüb- bu, 2023-cü illə müqayisədə 4 faiz az deməkdir. SOCAR hər ildaxili bazar üçün təxminən 5 milyon ton neft emal edir, bu da ixrachəcmini azaldır.
Bu mənzərədə Qazaxıstan neftinin tranziti həm kommersiya, həm dətexniki baxımdan səmərəli çıxış yolu kimi görünür. BTC kəmərinin 19ildən artıqdır fasiləsiz işləməsi onun istismarının bahalaşmasınasəbəb olur. Kəmərin yüklənməsi azalarsa, xərclər daha da artır.Deməli, Qazaxıstan neftinin əlavə həcmləri bu sistemin iqtisadidayanıqlığını təmin edir.
Astana üçün Bakı–Tbilisi–Ceyhan kəməri təkcə alternativ marşrutdeyil, həm də Qara dənizdəki geosiyasi risklərdən sığortadır.Novorossiysk limanı üzərindən ixrac edilən əsas neft axını sonillərdə bir neçə dəfə dayandırılıb və Rusiya ilə Qərb arasındasanksiya müharibəsinin genişlənməsi fonunda bu risk qalıcı xarakteralıb.
2025-ci ilin ikinci rübündə Qazaxıstan neftinin təxminən 15faizi artıq Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılıb. Bupay 2026-cı ildə 25 faizə qədər artacaq. “KazMunayGaz” şirkəti2025-ci ilin iyulunda elan edib ki, Bakı vasitəsilə daşınanhəcmlərin artımı sayəsində Qazaxıstan büdcəsi illik 600 milyondollar əlavə gəlir əldə edəcək.
Bu inteqrasiya həm də Avrasiya enerji arxitekturasında yeni biroxun formalaşdığını göstərir - Bakı–Astana xətti artıq Qərbmarşrutları üçün sabit və etibarlı enerji kanalına çevrilir.
Con 15 il ərzində Azərbaycanda neft hasilatı ildə orta hesabla4–5 faiz azalıb. Beynəlxalq ekspertlər yaxın illərdə bu tempin 9faizə qədər sürətlənə biləcəyini bildirirlər. Bu dinamika ölkəninenerji balansında yeni iqtisadi və texnoloji qərarların qəbulunuqaçılmaz edir.
2023-cü ildə Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə 30milyon ton xam neft nəql olunub. Bu həcmdə Azərbaycan,Türkmənistan, Qazaxıstan və “Şahdəniz” yatağından çıxan kondensatınpayı var. Halbuki BTC-nin illik maksimum ötürmə qabiliyyəti 60milyon ton təşkil edir.
Türkmənistan son illərdə BTC vasitəsilə illik təxminən 4 milyonton neft göndərir, lakin bu göstərici sabit deyil və SOCAR Tradingşirkətinin tender nəticələrindən asılıdır. Qazaxıstan isə 2024-cüilin martından başlayaraq müntəzəm ixracata keçib, lakin həcmlərhələlik 1,5 milyon ton səviyyəsindədir. 2025-ci ildə bu rəqəmin 1,7milyon tona çatacağı gözlənilir.
BTC-nin texniki potensialı bu artımı qarşılayacaq səviyyədədir.2023-cü ildə Səngəçal terminalında “AzerTrans” tərəfindən yeni 30düymlük boru kəməri istismara verilib. Bu sistem illik əlavə 7milyon ton neft emal və nəql etmək imkanına malikdir. Başqa sözlə,infrastruktur Qazaxıstan xammalının artımına artıq hazırdır.
Azərbaycan mütəxəssislərinin fikrincə, “Azeri Light” hasilatınınazalması və “Azəri–Çıraq–Günəşli” (AÇG) səviyyəsində yeni iriyataqların olmaması Bakı üçün tranzit modelinə keçidi məcbur edir.Bu yanaşma kommersiya baxımından tam əsaslıdır: BTC kəmərininiqtisadi dayanıqlığını qorumaq, amortizasiya xərclərinikompensasiya etmək və gəlirliliyi sabit saxlamaq üçün tranzit nefthəcmlərinin artırılması vacibdir.
Hazırda BTC-nin doldurulma səviyyəsi 50 faiz civarındadır. ƏgərQazaxıstan nefti bu sistemin həcminin üçdə birini təmin etsə, bu,Azərbaycanın infrastruktur xərclərini ildə təxminən 150 milyondollar azalda bilər. Eyni zamanda, SOCAR üçün əlavə nəqletmə vəqarışıq satış gəlirləri yaradır.
Qazaxıstan ildə təxminən 90 milyon ton neft hasil edir və2030-cu ilə qədər bu göstəricini 140 milyona çatdırmağıplanlaşdırır. Hasil olunan neftin 70 faizi ixraca yönəlir, lakinuzun illər bu ixracın 90 faizi Xəzər Boru Kəməri Konsorsiumu (CPC)üzərindən həyata keçirilirdi.
2024-cü ilin nəticələrinə görə, Qazaxıstan CPC ilə 55 milyonton, Atyrau–Samara xətti ilə 8,8 milyon ton, Aktau limanıvasitəsilə 3,6 milyon ton, Çin istiqamətində isə Atasu–Alaşankoumarşrutu ilə 1,2 milyon ton neft göndərib. Bu struktur Rusiyatranzitindən yüksək asılılığı qoruyub saxlayır. Lakin Ukraynamüharibəsi və Qara dənizdə risklərin artması fonunda Astana buasılılığı azaltmaq məcburiyyətindədir.
Məhz bu kontekstdə Bakı–Tbilisi–Ceyhan Qazaxıstan üçüngeoiqtisadi “sığorta polisinə” çevrilir. 2027-ci ilə qədər BTCvasitəsilə 7 milyon ton nəql planlaşdırılır. Bu hədəf reallaşarsa,Qazaxıstan neftinin 10 faizi artıq Rusiya ərazisindənkeçməyəcək.
BTC qarışığı (BTC Blend) əsasən “Azeri Light” markasındanformalaşır, onun aşağı kükürdlü tərkibi Avropa emalı üçünəlverişlidir. Qazaxıstan nefti isə daha ağır və yüksək kükürdlüdür.Bu fərq əvvəllər inteqrasiyanı çətinləşdirirdi. Lakin 2025-ci ilinsentyabrında SOCAR İtaliyada illik ümumi emal gücü 10 milyon tonolan iki neft emalı zavodu satın alıb.
Bundan əlavə, SOCAR türk “Cengiz Holding” ilə birlikdəBolqarıstanın Burqas şəhərində yerləşən zavodun alınması barədədanışıqlar aparır. Bu müəssisələr yüksək kükürdlü xammalı emal edəbildiyindən, Qazaxıstan neftinin BTC Blend tərkibinə daxil edilməsiartıq texnoloji baxımdan tam mümkündür.
Əlavə olaraq, SOCAR Trading 2025-ci ilin ikinci yarısında BTCBlend qarışığının yeni standartlarını təsdiqləyib. Bu standartAvropa emalçılarına kükürd miqdarına görə əlavə endirim təqdimetməklə, bazarda rəqabət qabiliyyətini qoruyur.
Qazaxıstan ekspertləri, o cümlədən enerji analitiki AbzalNarımbətov hesab edir ki, Azərbaycan hasilatın azalması və daxilitələbin artması şəraitində Qazaxıstan üçün strateji bazar rolunuoynaya bilər. Bu halda, Astana yalnız BTC tranzitindən deyil, həmdə Bakının neft emalı zavodlarından istifadə edərək xammalı yerliemal edib, Avropaya daha yüksək marjla sata bilər.
Bu, iqtisadi mənada “hər iki tərəf üçün qazanc” modelidir:Azərbaycan tranzit gəlirləri və emal tutumunu artırır, Qazaxıstanisə diversifikasiya olunmuş ixrac marşrutu və daha sabit bazarqazanır.
Qazaxıstan üçün əsas məsələ - BTC marşrutunun yüksək tranzitxərcləridir. Hazırda BTC ilə daşınan hər ton neftin tarifi CPC iləmüqayisədə təxminən üç dəfə bahadır. Lakin 2025-ci ilin 21oktyabrında SOCAR ilə “Samruk-Kazına” dövlət fondunun imzaladığısaziş bu vəziyyəti dəyişə bilər. Sazişdə birgə enerji layihələrininmaliyyələşdirilməsi və infrastruktur sərmayələri nəzərdətutulur.
Bu vəsaitin bir hissəsinin Aktau və Kurık limanlarınınmodernləşdirilməsinə, həmçinin Xəzər üzərindən bərə donanmasınınyenilənməsinə yönəldiləcəyi planlaşdırılır. Qazaxıstan Xəzərdə 6yeni neft tankeri inşa etməyi planlaşdırır ki, bunların hər biriildə 700 min ton nəqli təmin edə biləcək.
Əgər bu tədbirlər tam icra olunsa, Bakı və Astana əməkdaşlığıtəkcə BTC-nin iqtisadi ömrünü uzatmayacaq, həm də Xəzər regionundayeni enerji inteqrasiyası modelini formalaşdıracaq.
Bu modeldə Azərbaycan xalis ixracatçıdan enerji və kapitaltranzit mərkəzinə çevriləcək - yəni Xəzər regionunun logistika,maliyyə və texnoloji koordinasiya mərkəzinə.