Rafael Benitesin yeni iş yeri məlum olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bundan sonra "Panatinakos"u çalışdıracaq.
Bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.
65 yaşlı mütəxəssis son olaraq "Selta"nı çalışdırmışdı. O, karyerası boyunca "Valensiya", "Liverpul", "Real Madrid", "Çelsi" və "Napoli" kimi klublarda işləyib.
O, 2005-ci ildəki əfsanəvi finalda "Liverpul"un baş məşqçisi idi.