
“Rusiya ilə Şimali Koreya arasında dostluq indi ən yüksək həddə çatıb və o, əbədi olacaq”.
Missiya.Az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Kursk vilayətinin azad edilməsində iştirak etmiş Koreya Xalq Ordusu döyüşçülərinin Memorial Muzeyinin təməlqoyma mərasimində çıxış edən zaman deyib.
"Şimali Koreya-Rusiya dostluğu əbədi canlılıq qazandı, o cümlədən yenilməzlik və güc sınağından keçdi. İndi o, öz tarixinin zirvəsinə çatdı", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, iki ölkənin hərbçiləri Şimali Koreya-Rusiya müttəfiqliyinin gücünü nümayiş etdiriblər.
"Pxenyan həmişə Moskvanın yanında olacaq. Bizim dostluğumuz və həmrəyliyimiz əbədi olacaq", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az