AZ

"Xankəndidəki QHT Forumu ölkə vətəndaş cəmiyyətinin yeni mərhələsidir"— Hafiz Səfixanov

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az- a açıqlamasında Xankəndidə keçirilən “Azərbaycan QHT-lərinin 3-cü Əməkdaşlıq Forumu” barədə fikirlərini bölüşüb.

QHT sədri bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan forum QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən yüksək səviyyədə təşkil olunub:

“Bir neçə gün öncə Xankəndi şəhərində keçirilən QHT-lərin 3-cü Əməkdaşlıq Forumu həm iştirakçıların tərkibi, həm də müzakirələrin məzmunu baxımından çox dəyərli tədbir idi. Forumda Prezident Administrasiyasının, Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəhbərləri və məsul şəxsləri, eləcə də müxtəlif dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı tədbirə xüsusi əhəmiyyət qazandırdı. Forumdan əvvəl Xocalı rayonunun Ballıca kəndində keçirilən ağacəkmə aksiyası da tədbirə mənəvi məzmun qatıb. Panellərdəki məruzəçilərin çıxışları və müzakirələr maraqlı və faydalı idi. Düşünürəm ki, Forum ölkəmizin QHT sektorunun hədəfləri, nailiyyətləri və qarşıda duran vəzifələrinin müzakirəsi baxımından çox vacib idi.”

Hafiz Səfixanov sonda təşkilati dəstəyə görə minnətdarlığını ifadə edib:

“Tədbir professional şəkildə təşkil edilmişdi. Bunun üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbəri Aygün xanım başda olmaqla bütün kollektivə təşəkkürümü bildirirəm.”

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
57
qht.az

1Mənbələr