AZ

Azərbaycan Pakistanda keçirilən Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

Bakı. Trend:

Pakistanın paytaxtı İslamabad şəhərində Regional NəqliyyatNazirləri Konfransı keçirilir. 27 ölkənin iştirak etdiyi tədbirdəAzərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini RəhmanHümmətov təmsil edir.

Nazir müavini Rəhman Hümmətov toplantıda çıxış edərəkAzərbaycanda və regionda nəqliyyat dəhlizlərinin inkişafı barədəməlumat verib. Bildirib ki, Şərq və Qərb, Şimal və Cənub arasındakıkəsişmə nöqtəsində yerləşən Azərbaycan uzun illərdir, AvropanıMərkəzi və Cənubi Asiya ilə birləşdirən mühüm tranzit mərkəzi kimiçıxış edir. Ölkəmiz böyük infrastruktur layihələrinə sərmayəyatırıb və multimodal nəqliyyat şəbəkəsi yaradıb. 2024-cü ildəümumi tranzit həcmi 2019-cu illə müqayisədə 2,5 dəfə artaraq 14,5milyon tona çatıb və bu yükün təxminən 30%-i Orta Dəhliz vasitəsilədaşınıb.

Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan Rəhman Hümmətovvurğulayıb ki, bu marşrut yalnız Şərq – Qərb istiqamətində deyil,həmçinin Şimal – Cənub və Cənub – Qərb əlaqələriningücləndirilməsində mühüm rol oynayır. Dəhliz üzrə ildə 15 milyonton yükün daşınması gözlənilir ki, bu da regional ticarətpotensialını böyük ölçüdə artıracaq.

Nəqliyyat Nazirlərinin Regional Konferensiyası çərçivəsindərəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov birsıra ikitərəfli görüşlər keçirib. Sözügedən görüşlərdə əməkdaşlıqperspektivləri, eləcə də ölkəmizdə və regionda nəqliyyat sahəsindəhəyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb.

Seçilən
30
11
az.trend.az

10Mənbələr