AZ

Mikayıl Cabbarov: Azərbaycanda startap sürətlə inkişaf edir

BAKI, 24 oktyabr. TELEQRAF

"Azərbaycan son illərdə startap, innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir və bu sahəni iqtisadiyyatın şaxələndirilməsinin, rəqabət qabiliyyətinin artırılmasının və yeni nəsil sahibkarlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirir".

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sənayə, elm, texnologiya və innovasiya nazirlərinin 2-ci iclası zamanı bildirib.

Nazir vurğulayıb ki, startapların təşəbbüskarlığı, çevikliyi və innovativ düşüncə tərzi ölkədə yeni iqtisadi dəyərlərin formalaşmasına, qeyri-neft sektorunun genişlənməsinə və rəqabətli texnologiya mühitinin yaranmasına mühüm töhfə verir:

“Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri Sabah.hub innovasiya mərkəzidir. Mərkəz gənc mütəxəssisləri, startapları və investorları bir araya gətirərək, ideyadan kommersiyalaşmaya qədər olan prosesdə dəstək göstərir”.

Mikayıl Cabbarov əlavə edib ki, Sabah Venture Fondu yerli innovasiya layihələrinə sərmayə yatırmaqla, yeni nəsil texnoloji şirkətlərin formalaşmasına təkan verir.

“Bu, Azərbaycanın innovasiyanı iqtisadi siyasətin əsas tərkib hissəsinə çevirdiyini bir daha göstərir”.

Seçilən
53
22
teleqraf.com

10Mənbələr