Bakı. Trend:
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 25 oktyabr saat00:00-dan etibarən Bakı Şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbovküçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədərtam məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraqMüzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.