AZ

Mehdiyev və onun mitinq kuklaları...

"Kopenhagen, Qəbələ, Düşənbə zirvələri və Yaxın Şərq sülh sammiti fonunda yalnız son 3 həftənin siyasi trafiki deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq hesablaşılan qlobal gücə çevrilib".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, artıq Vaşinqtion da, Tehran da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir və bu ölkələrlə münasibətlərimiz arzuolunan məcraya qədəb qoyub: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xristianlığın ürəyi – Vatikana rəsmi səfəri həm də sivilizasiyalar arası dialoqda Azərbaycanın hərəkətverici rol üstləndiyini göstərir.

Bütün bunların fonunda ölkədə ictimai rəyin bəzən milli məqsədləri aşması suallar doğurur. Məsələn, son günlər diqqətin Ramiz Mehdiyevin barəsində cinayət təqibinə fokuslanması başa düşülən olsa da, bu situasiyanın dövlətçilik əleyhinə qaralama cəhdlərinə çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevə bir zamanlar xoş söz demiş hansısa fərdin müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir.

Bu gün Azərbaycanın bütövlüyünü istəyən, sabitliyi, dayanıqlı inkişafı arzulayan, qalib kimi yaşamaq istəyən sağlam düşüncəli hər bir vətəndaş üçün yalnız bir qütb var – cənab İlham Əliyev.

Seçilən
28
publika.az

1Mənbələr