Ədliyyə Nazirliyi Azərbaycanda məhkəmə və arbitraj mərkəzlərinin əməkdaşlıq etməsinə dəstək verməyə hazırdır. Bu barədə Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 24-də Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, beynəlxalq məhkəmələrdə 200 ildir arbitraj məsələləri müzakirə olunur: "Beynəlxalq yuridiksiyada arbitraj institutları ilə yerli məhkəmələrin əməkdaşlığı əsas götürülür.
Azərbaycanda da məhkəmə və arbitraj mərkəzləri arasında bilik və intellektual danışıqlar aparılmalıdır. Çünki birgə əməkdaşlıq Azərbaycan qanunvericiliyinə töhfə verəcək. Ədliyyə Nazirliyi də bu məsələdə istənilən dəstəyi verməyə hazırdır".
Mətləb Salahov