AZ

Leandro Andrade “Atletik”ə uduzduqları matçla bağlı danışdı FOTO/VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Leandro Andrade UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”lə uduzduqları matçdan sonra fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın futbolçusu İspaniya təmsilçisi “Atletik”ə 1:3 hesabı ilə uduzduqları matçla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib.

26 yaşlı yarımmüdafiəçi məğlubiyyətdən dərs çıxaracaqlarını qeyd edib:

“Əgər bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır”, - deyə Andrade yazıb.

Qeyd edək ki, “Qarabağ”ın yeganə qoluna matçın 50-ci saniyəsində Leandro Andrade imza atıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
icma.az

3Mənbələr