AZ

“Beşiktaş”ın sabiq futbolçusu: “Neftçi”də Abubakar kimi oyunçunun olması böyük üstünlükdür

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Konqo millisinin müdafiəçisi, 2020-2022-ci illərdə Türkiyənin "Beşiktaş" komandasının formasını geyinmiş və 2020/2021-ci illər mövsümündə “ağ-qaralar”ın heyətində ölkə çempionu olmuş Fabrik Nsakala sabiq komanda yoldaşı Vensan Abubakarın “Neftçi”yə transferi ilə bağlı danışıb.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlama verən 35 yaşlı müdafiəçi keçidin Bakı klubu üçün uğurlu olacağına inandığını bildirib: “İndiyədək Abubakar qədər öz üzərində çox çalışan futbolçu görməmişəm. O, həm istedadlı, həm də əzmkar oyunçudur. Meydanlara hansı formada geri dönəcəyini görmək üçün səbirsizlənirəm. Güclü, sürətli və texnikalı futbolçudur. Klubda belə bir oyunçunun olması böyük üstünlükdür”.

Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş", "Hatayspor" (hər ikisi Türkiyə) kimi klublarda çıxış etmiş Vensan Abubakar “Neftçi” ilə 1+1 illik müqavilə imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
2
azertag.az

3Mənbələr