AZ

Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib

Qazaxıstan hökuməti Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsini təsdiqləyib.

APA xəbər verir ki, bu haqda ölkənin Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Sazişə əsasən, tərəflər əməkdaşlığı neft və qaz, bərpa olunan enerji mənbələri, qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf etdirəcəklər.

Bildirilir ki, bu sənəd iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi və regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Seçilən
66
7
apa.az

9Mənbələr