AZ

Deputat: Vətən müharibəsindən sonra Azərbaycan regionda “postmünaqişə dövrü diplomatiyası” həyata keçirir

Bakı, 17 oktyabr, AZƏRTAC

Vətən müharibəsindən sonra Azərbaycan regionda “postmünaqişə dövrü diplomatiyası” həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt sülhü yalnız imzalanmış sazişlərlə deyil, mədəniyyətlərarası dialoq, dini dözümlülük və qarşılıqlı hörmət prinsipləri ilə möhkəmləndirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir neçə gün əvvəl Vatikana həyata keçirilmiş rəsmi səfəri də ölkəmizin yalnız siyasi yox, həm də mədəni-dini platformalar üzərindən sülh diplomatiyası qurduğunu göstərir. Bu səfəri mühüm tarixi hadisə kimi qiymətləndirməyə əsas verən amillərdən biri mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarının praktiki təbliği baxımından əhəmiyyətidir.

Seçilən
48
2
azertag.az

3Mənbələr