“Roma”da son 14 ilin antirekordu qeydə alınıb.
QOL.az xəbər verir ki, İtaliya təmsilçisi ötən gecə Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Viktoriya"ya uduzub. Nəticədə "Roma" son 3 ev oyununun hər birndə məğlub olub.Can Pyero Qasperininin komandası daha əvvəl "İnter"ə 1:0 və "Lill"ə 1:0 hesabı ilə yenilib.
Bu isə son 14 ilin antirekordudur. A seriyası klubu 2011-ci ildən bəri ardıcıl 3 ev matçında məğlub olmamışdı.
Qeyd edək ki, ümumilikdə "Roma" Qasperininin rəhbərliyi altında çıxdığı 10 oyunun 4-də uduzub.