“Everton” “Tottenhem”in hücumçusu Rişarlisonu transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 28 yaşlı braziliyalı futbolçunun 2026-cı ilin yanvarında satışını nəzərdən keçirir.
Qeyd edək ki, Rişarlison 2018–2022-ci illər aralığında “Everton”un heyətində çıxış edib.
Cari mövsüm (2025/26) o, “Tottenhem”in heyətində 13 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. “Transfermarkt” onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.