AZ

Rus diplomat: Ermənistan bunu uzun illər gözələyə bilər

BAKI, 24 oktyabr. TELEQRAF

“Avropa İttifaqına (Aİ) üzvlük perspektivləri kifayət qədər mürəkkəb məsələdir. Bəzi ölkələr ora daxil olmaq üçün onilliklər gözləyirlər”.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Aİ-yə üzvlük perspektivlərini dəyərləndirərkən deyib.

“Buna görə də, bu sual kifayət qədər hipotetikdir. Avrasiya İqtisadi Birliyinə gəldikdə, bu, reallıqdır. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlükdən ən çox faydalanan ölkələrdən biridir. Ermənistan rəhbərliyi layihədə iştirak etməkdə maraqlıdır və bu mövqeyi yüksək qiymətləndiririk. Üstəlik, azad ticarət sazişləri imzaladığımız ölkələrin sayı durmadan artır. İranla saziş bu yaxınlarda qüvvəyə minib”, - o qeyd edib.

Seçilən
99
teleqraf.com

1Mənbələr