Azərbaycanın UEFA-nın reytinqdəki yeri dəyişməyib.
Offsideplus.az xəbər verir ki, Sloveniya isə bizə yaxınlaşıb.
Onların yeganə təmsilçisi "Selye" səfərdə "Şamrok Rovers"i məğlub edərək ölkəsinin xalını 21 min 718-ə çatdırıb.
Azərbaycanın isə aktivində 22 min xal var və 25-ci yerdəyik.
Qeyd edək ki, "Selye" bu mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində "Sabah"ı mübarizədən kənarlaşdırıb.