AZ

Serbiyalı nazir: Azərbaycana bu məsələdə dəstəyinə görə minnətdarıq

BAKI, 24 oktyabr. TELEQRAF

"Hazırda Serbiyada superkompüterin inkişaf mərhələləri həyata keçirilir. Biz hazırda ikinci mərhələni icra edirik və üçüncü mərhələnin hazırlanması üzərində işləyirik. Onun 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır".

Teleqraf xəbər verir ki, bunu Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.

"Bu fürsətdən istifadə edərək hamınızı Belqrada dəvət etmək istərdim. Azərbaycan artıq bu tədbirdə iştirakını təsdiqləyən 125 ölkə arasında yer alır və bunun üçün sizə təşəkkürümü bildirirəm", - nazir qeyd edib.

Seçilən
55
2
teleqraf.com

3Mənbələr