AZ

192 manat ödənilməsə: Sığortadan istifadə edə bilməyəcəyik?

“Vətəndaşların vergi yükü artırılır, çünki ölkənin gəlirləri azalır, neft hasilatı düşür, xərclər artır, son 30 ildə normal, işlək, böyük həcmdə əlavə dəyər yaradan iqtisadi sistem qurula bilmədiyindən, hökumət üzünü yenə vətəndaşa, onun vergilərinə çevirir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı- ekspert Natiq Cəfərli deyib. 

1) 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq. 

2) 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq.

3) 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq.

Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda, 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir. 

Bir qərarla 3 il ard-arda vergiləri kəskin artıracaq. 2500 manata qədər maaş alanların vergisi yaxın illərdə 3%-dən 7%-ə qalxacaq. 

Bundan başqa, işsiz insanların tibbi sığortası olmayacaq, işləmir, haradan istəyir ildə 192 manat tapıb ödəsin, yoxsa sığortadan istifadə edə bilməz. Yanaşmadan belə çıxır ki, kasıbsansa, niyə sağlam olmalı, niyə yaşamalısan?!”

Seçilən
107
3
cebheinfo.az

4Mənbələr