AZ

“Formula 1”də büdcə qalmaqalı böyüyür - FİA susqunluğu pozdu

Beynəlxalq Avtomobil Federasiyası (FİA) 2024 mövsümündə bəzi “Formula 1” komandalarının xərclər limitini aşdığı iddialarına münasibət bildirib.

90deqiqe.Az-ın qrumun rəsmi saytına istinadən məlumatına görə, bütün komandaların təqdim etdiyi maliyyə hesabatları hazırda dəyərləndirilir və nəticələr yaxın zamanda açıqlanacaq:

“FİA hazırda 2024-cü il mövsümünə dair bütün komandaların maliyyə hesabatlarını büdcə limitləri çərçivəsində yoxlayır. Prosesi yekunlaşdırmaq üzrə olan qurum nəticələri qısa müddət ərzində ictimaiyyətə açıqlayacaq. FİA ayrıca komandalar və ya mühərrik istehsalçıları ilə bağlı fərdi açıqlamalar vermir. Yoxlamalar tamamlandıqdan sonra yekun nəticələr təqdim ediləcək”, – qurumun bəyanatında qeyd olunub.

Xatırladaq ki, büdcə limitinə nəzarət “Formula 1”də maliyyə ədalətliliyinin təmin edilməsi üçün tətbiq olunan əsas qaydalardan biridir.

Seçilən
44
90deqiqe.az

1Mənbələr