AZ

Polyak nazir macar məmura Trampı dinləməyi tövsiyə etdi – FOTO

Polşanın xarici işlər naziri Radoslav Sikorski və Macarıstanın baş nazirinin siyasi direktoru Balaş Orban Rusiya nefti ilə bağlı X sosial şəbəkəsində mübahisə ediblər.

NOCOMMENT.az bu barədə “Yevropeyskaya Pravda” nəşrinə istinadən xəbər verir.

Polyak nazir “Şimal axını”nın partladılması ilə bağlı saxlanılan şübhəli şəxsi müdafiə edib və Ukrayna müdafiə qüvvələrinin “Drujba” boru kəmərini də “bitirəcəyinə” açıq şəkildə ümid etdiyini bildirib.

Balaş Orban cavabında bunu “müharibəyönlü isterikanın ən aşağı dibi” adlandırıb və bəyan edib ki, bir polyak nazir ölkələr arasında münasibətləri “sıfırlamaq” istəsə belə, onsuz da Polşa və Macarıstan “tarixi dostluqla bir-birinə bağlıdır və müttəfiqdir”.

Sikorski isə diqqətə çatdırıb ki, Macarıstan, demək olar ki, eyni qiymətə başqa nefti Xorvatiyadan boru kəməri ilə ala və müharibəni maliyyələşdirmək üçün Rusiyaya pul qazandırmaya bilər.

“Əgər siz belə mütəxəssissinizsə, dəqiq bilməlisiniz ki, Xorvatiya neft kəməri ən yaxşı halda cəmi iki saat işləyir. Mən şadam ki, siz həm də enerji üzrə ekspertsiniz”, – Orbanın siyasi direktoru istehza edib.

Polyak nazir isə ona Avropa Komissiyasının və Xorvatiyanın cavabını xatırladıb: “Həm Avropa Komissiyası, həm də Xorvatiya dəfələrlə sizə bildirib ki, siz cənub marşrutu ilə bütün lazımi neft həcmlərini əldə edə bilərsiniz. Zəhmət olmasa, prezident Trampa qulaq asın və Putini maliyyələşdirməyi dayandırın!”

Sikorski bundan əvvəl macarıstanlı həmkarı Peter Siyarto ilə də bu məsələ ilə bağlı açıq şəkildə mübahisə etmişdi. O, həmçinin Putinin təyyarəsini yerə endirməklə bağlı hədələrini bəyənmədiyi üçün Siyartonu ələ salmışdı.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avropalı müttəfiqlərini Rusiya neft və qazından tamamilə imtina etməyə çağırıb.

Xatirə SADİQ
[24.10, 10:59] +994 50 555 86 55: Tramp bu gün Malayziyaya yola düşəcək – Ağ Ev

ABŞ prezidenti Donald Tramp bu gün Malayziyaya yola düşəcək və yerli vaxtla bazar günü səhər oraya çatacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti həmin gün ölkənin baş naziri ilə görüşəcək və ASEAN sammitində (liderlər səviyyəsində görüş) iştirak edəcək.

Tramp bazar ertəsi Tokioya yollanacaq. Onun çərşənbə axşamı Yaponiyanın yeni baş naziri ilə ikitərəfli görüşü planlaşdırılıb.

Çərşənbə günü o, Cənubi Koreyanın Busan şəhərinə uçacaq və orada ölkə prezidenti ilə görüşəcək.

Cümə axşamı səhər isə Trampın Çin lideri Si Cinpinlə ikitərəfli görüşünün keçirilməsi gözlənilir. Həmin görüşdən sonra ABŞ prezidenti vətənə qayıdacaq.

Xatirə SADİQ

Seçilən
79
nocomment.az

1Mənbələr