AZ

Haaland Qvardiolanın qovduğu futbolçunu xatırladı: Darıxıram

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland keçmiş komanda yoldaşı Joao Kanselonu xatırlayıb.

Publika.az xəbər verir ki, o, Dortmund "Borussiya"sının qapısına vurduğu məşhur qolu yada salıb:

“Həmin qol həqiqətən gözəl idi, amma insanlar Kanselunun ötürməsindən çox az danışırlar. O, sadəcə möhtəşəm idi. Yeri gəlmişkən, mən Joao üçün çox darıxıram. O, mənə bir neçə əla qol pası vermişdi”.

Qeyd edək ki, Norveçli forvard və portuqaliyalı müdafiəçi 2022/23 mövsümündə "şəhərlilər"in heyətində birlikdə çıxış ediblər.

Seçilən
92
50
publika.az

10Mənbələr