Aparılan dünya araşdırmaları göstərir ki, insanların duz və şəkər istehlakı təhlükəli dərəcədə yüksəkdir.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.
Mütəxəssislərin fikrincə, bir çox ölkələrdə əhali həkimlərin tövsiyə etdiyindən orta hesabla 2,5 dəfə çox duz, dörd dəfə isə çox şəkər qəbul edir. Bu göstəricilər isə ürək-damar xəstəlikləri, artıq çəki, şəkərli diabet və digər sağlamlıq problemlərinin yaranma riskini artırır.
Eyni zamanda araşdırmalar göstərir ki, ət istehlakı bir qədər normadan yüksək, balıq istehlakı isə əksinə, azdır. Bundan əlavə, bir çox insanlar gündəlik rasionda kifayət qədər meyvə və tərəvəz qəbul etmirlər.
Mütəxəssislər balanslaşdırılmış qidalanmaya üstünlük verməyi, duz və şəkərin miqdarını azaltmağı, həmçinin balıq, təzə meyvə və tərəvəzlərin payını artırmağı tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI