AZ

Ukraynaya 128 PUA ilə hücum olub

Ukraynaya

Rus ordusu oktyabrın 24-nə keçən gecə 128 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum edib. PUA-ların təxminən 90-ı “Shahed” tipli, digərləri “Geran” və digər dronlar olub.

Reyting.az
bildirir ki, saat 09:00-a olan məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri ölkənin şimal, cənub və şərq bölgələrində “Shahed”, “Geran” və digər tipli 72 PUA-nı vurub və ya sıradan çıxarıb.

47 zərbə PUA-sının 10 fərqli yerdə hədəfə dəydiyi təsdiqlənib.

Rusların hücumu Ukrayna Hərbi Hava Qüvvələrinin aviasiyası, zenit-raket qoşunları, radio-elektron mübarizə (REM) bölmələri, pilotsuz sistemlər və müdafiə qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf olunub.

Ukrayna Hərbi Hava Qüvvələri xəbərdarlıq edib ki, hücum hələ də davam edir və hava məkanında bir neçə düşmən PUA-sı qalır.

V. QULİYEV
Seçilən
74
1
reyting.az

2Mənbələr