AZ

Pakistan İsrail əleyhinə toqquşmalardan sonra İslamçı partiyanı fəaliyyətini qadağan edib

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pakistan Nazirlər Kabineti radikal islamçı siyasi partiya olan "Tehrik-e-Ləbbaik Pakistan"ın (TLP) fəaliyyətini dörd ildə ikinci dəfə qadağan edib.

Bizimyol.info xəbər verir ki, bu, üzvləri ilə polis arasında baş verən toqquşmalarda beş nəfərin öldürülməsindən bir həftə sonra baş verib.

İslamçı partiyanın ardıcılları ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs sazişi elan etməsindən əvvəl İsrail əleyhinə yürüş keçirdilər. Pakistan Nazirlər Kabineti qadağanı yekdilliklə təsdiqləyib.

Nazirlər Kabinetinin bəyanatında: "Ölkədə fəailyyət göstərən "Tehrik-e-Ləbbaik Pakistan" terror və zorakı aksiyalarda iştirak edir", - deyə bildirilir.

Cavab olaraq, İslamçı partiya fəaliyyətinə qoyulan qadağanı rədd etdiyini və kabinetin qərarını konstitusiyaya zidd, intiqamçı, qanunsuz və diktatorluq adlandırdığını açıqlayıb.

Sünni təşkilatı TLP əvvəlcə 2011-ci ildə təhqir etməkdə ittiham olunan əyalət qubernatorunu öldürən polis məmurunun dəfn mərasimində təzyiq qrupu kimi yaradılmışdı. O, 2016-cı ildə siyasətə girdi və dördüncü ən böyük partiya oldu.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
icma.az

1Mənbələr