AZ

Azərbaycanın Energetika Nazirliyi TAP vasitəsilə qaz təchizatı coğrafiyasının genişləndirilməsi barədə bəhs edib

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) bu müddətdə AzərbaycanınAvropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaztəchizatının şaxələndirilməsində strateji rolunu təsdiqləyərək,ölkəmizin etibarlı enerji tərəfdaşı kimi nüfuzunu gücləndirdi vəyeni bazarlara inteqrasiyasına geniş imkanlar açdı.

Bunu Trend-in TAPkommersiya istismarının başlamasının beşilliyi ilə əlaqədar verdiyisorğuya cavab olaraq Azərbaycanın Energetika Nazirliyindənbildiriblər.

“TAP sayəsində Azərbaycan Avropa İttifaqına boru kəməri ilə nəqlolunan qazın həcminə görə 7%-lik payla dördüncü ən böyüktəchizatçıya çevrildi. İndiyə qədər TAP-la Avropa ölkələrinə 51,2milyard kubmetr qaz nəql olunub. Bunun 42,9 milyard kubmetriİtaliyaya, 4,9 milyard kubmetri Yunanıstana, 3,4 milyard kubmetriBolqarıstana tədarük edilib. Bu ilin 9 ayında TAP-la ümumilikdə 8,5milyard kubmetr qaz təchiz edilib ki, bu həcmlərin 7 milyardkubmetri İtaliya, 0,8 milyard kubmetri Yunanıstan və 0,7 milyardkubmetri isə Bolqarıstanın payına düşüb.”, – nazirlikdənbildirilib.

Nazirlikdə qeyd olunub ki, artıq TAP vasitəsilə təbii qaz alanvə təchizat həcmlərinin artırılmasına maraq göstərən ölkələrsırasına İtaliya, Bolqarıstan və Serbiya daxildir.

“TAP vasitəsilə artıq təbii qaz alan və qazın tədarükünüartırmağa maraq göstərən ölkələrə İtaliya, Bolqarıstan və Serbiyanıgöstərmək olar. Ümumiyyətlə bir çox Avropa ölkələri bu əməkdaşlıqdadaimi maraqlarını vurğulayır. Hazırda TAP-la qazın 2026-cı ildənAlbaniyaya təchizatı üzərində müvafiq işlər aparılmaqdadır.

TAP-ın 2026-cı ilədək 1,2 milyard kubmetr həcmində genişlənməsi2024-cü ilin yanvarında təsdiqlənmişdir. Həmin dövrdən başlayaraqölkəmizin hasilat strategiyasında müvafiq uyğunlaşdırmalaraparılmışdır. TAP kəmərinin genişlənməsi ilə əlavə qaz həcmlərininnəqlinə imkan yaranacaqdır ki, bu da öz növbəsində Azərbaycan qazıtəchiz edilən ölkələrin sayının artmasına, başqa sözlə, təchizatşəbəkəsinin daha da genişlənməsinə gətirib çıxaracaqdır”, -məlumatda bildirilir.

Nazirlikdən xatıladıblar ki, 2022-ci ildən AzərbaycanRespublikasının Energetika Nazirliyi və Avropa Enerji Komissarınınhəmsədrliyi ilə Yüksək Səviyyəli Enerji Dialoqu həyata keçirilir.Cənub Qaz dəhlizinin genişləndirilməsi və tədarük həcmlərininartırılması dialoqun prioritet mövzularındandır.

“Bu kontekstdə, Azərbaycan bu illər ərzində öz imkanlarınısəfərbər edərək nəinki TAP-ın maksimum güclə işləməsinə, həmçininAvropaya qaz tədarükünün 60%-ə yaxın artmasına, Türkiyə vəBolqarıstan üzərindən TAP üzvü olmayan ölkələrə də qaz təchizatınanail olub. Avropaya qaz tədarükünün daha da artırılmasıperspektivləri birbaşa Avropa İttifaqının siyasətindənasılıdır.”-deyə nazirlikdən bildiriblər.

TAP-la hidrogen nəqli məsələsinə gəlincə, nazirlikdənvurğulayıblar ki, hal-hazırda hazırda bunun texniki cəhətdənmümkünlüyünün qiymətləndirilməsi aparılmaqdadır.

“Ölkə üzrə aşağı karbonlu hidrogenin istehsalı, nəqli,paylanması və ixracı istiqamətində “Azərbaycan üzrə Aşağı KarbonluHidrogen İqtisadiyyatı Bazar Araşdırması” aparılıb və “AzərbaycanınHidrogen üzrə Milli Strateji Baxış Sənədi” hazırlanıb.

Bu çərçivədə hidrogen istehsalı üzrə ssenarilər, potensial ixracmarşrutları və o cümlədən boru kəmərləri vasitəsilə hidrogeninötürülməsi imkanları nəzərdən keçirilib Hazırda Trans-Adriatik BoruKəməri (TAP) vasitəsilə hidrogen nəqlinin texniki cəhətdənmümkünlüyü qiymətləndirilir.”,-deyə qeyd olunur.

Məqalədə:
Seçilən
77
2
az.trend.az

3Mənbələr