AZ

ABL: "Sumqayıt" lider "Ordu" ilə qarşılaşır

Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü tur davam edir.

Fanat.Az-ın məlumatına görə, dünən bir oyunla start götürən tur çərçivəsində bu gün daha iki görüş baş tutacaq.

B qrupunun ilk qarşılaşması Qubada olacaq. Şimal bölgəsinin eyniadlı təmsilçisi "Lənkəran"ı sınağa çəkəcək. Görüş saat 15:00-da başlayacaq.

Bakı İdman Sarayında keçirləcək və saat 19:00-da başlayacaq günün ikinci matçında autsayder "Sumqayıt" lider "Ordu" ilə üz-üzə gələcək. 

Turun açılış oyununda"Sabah" "Gəncə"ni üstələyib - 87-68.
"Neftçi" - "Naxçıvan" və "Sərhədçi" - "Abşeron Lions" görüşləri sabah, oktyabrın 25-də reallaşacaq. ABL-in 4-cü turuna oktyabrın 26-da, "Şəki" - NTD oyunu ilə yekun vurulacaq.

Seçilən
66
1
fanat.az

2Mənbələr