AZ

Media: Donald Tramp Rusiyaya qarşı orta sərtlikdə sanksiyaları seçib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ən sərt sanksiyalardan imtina edib.

AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Ağ Ev rəhbərinə Rusiyaya qarşı üç fərqli sanksiya paketi təqdim olunub. Ən sərt variant sənaye sektoruna və Rusiyanın ali rəhbərliyinə qarşı yönəlib, orta səviyyəli sanksiyalar enerji sahəsini əhatə edib, ən yüngül sanksiyalar isə məhdud sayda iqtisadi tədbirləri nəzərdə tutub.

Mənbənin bildirdiyinə görə, qərarın qəbulunda iştirak edən ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset dövlət başçısının seçimini dəstəkləyiblər.

Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, həmçinin bu şirkətlərin 34 törəmə qurumunu yeni sanksiyalar siyahısına daxil edib. Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib ki, Vaşinqton bu qərarın Ukrayna ilə bağlı vəziyyət fonunda Moskvaya ciddi təzyiq göstərəcəyinə ümid edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
2
azertag.az

3Mənbələr