AZ

Azərbaycan və Qazaxıstan şirkətləri Orta dəhliz üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan şirkətləri tranzit ixrac imkanlarınımüzakirə ediblər.

Trend xəbərverir ki, bu, Qazaxıstan–Azərbaycan biznes forumu çərçivəsindəAZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin Qazaxıstan XariciTicarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov və“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi”nin baş direktoruAytmuxammed Aldajarov ilə görüşləri zamanı baş tutub.

Belə ki, görüşdə Qazaxıstan–Azərbaycan biznes forumuçərçivəsində keçirilən Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının IIIiclasının əhəmiyyətini vurğulanıb, hər iki ölkənin biznesdairələrinin sıx əməkdaşlıqda maraqlı olduqları bildirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin rəqəmsalinkişaf konsepsiyası, sənayenin rəqəmsallaşdırılması prosesihaqqında məlumat verib, biznesin dövrümüzün yeni tələbləri iləuyğunlaşmasının vacibliyini vurğulayıb.

Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədriMurat Karimsakov ölkəsinin makroiqtisadi göstəricilərindən, ocümlədən iqtisadiyyatın aparıcı sahələri barədə danışıb. Bildirilibki, keçirilən forumlar, eləcə də İşgüzar Şura ikitərəfli biznesəlaqələrinin tənzimlənməsi üçün səmərəli mexanizm rolu oynayır.Sözügedən platformaların effektivliyinin daha da artırılmasıməqsədilə AZPROMO və Palata tərəfindən birgə səylərin göstəriləcəyiqeyd edilib.

Görüşdə tərəflər təmsil etdikləri qurumların fəaliyyətistiqamətləri, tətbiq olunan ixracın təşviqi mexanizmləri,sahibkarlara göstərilən xidmətlər və potensial əməkdaşlıqistiqamətləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı,logistik xərclərin qarşılanması mexanizminin tətbiqi müzakirəolunub. “QazTrade” tərəfindən ölkələrimizin birgə istehsal edəbiləcəyi potensial ortaq məhsulların Orta Dəhliz vasitəsiləQazaxıstan üzərindən üçüncü ölkələrə, o cümlədən Çinə tranzitixracının perspektivləri yüksək qiymətləndirilib. Bu xüsusda“QazTrade”in dəstək göstərə biləcəyi bildirilib və müzakirələrindavam etdirilməsi barədə razılıq əldə olunub.

Seçilən
55
1
az.trend.az

2Mənbələr