Azərbaycanın əldə etdiyi uğurlar bir sıra daxili və xarici qüvvələrin yuxusunu ərşə çəkib. Çox təəssüf ki, ölkəmizin inkişafını qəbul etməyən bəzi xarici dairələr "sapı özümüzdən olan baltalar" vasitəsilə məkirli niyyətlərini həyata keçirməyə çalışırlar. Ağrıdıcı haldır ki, "beşinci kalonun" təmsilçiləri asanlıqla həmin qüvvələrin əlində maşaya çevrilərək dövlətə xəyanət yolu tutmaqdan belə çəkinmirlər. Ən dəhşətlisi odur ki, vaxtilə dövlətin ən yüksək postlarında vəzifə tutan, dövlət tərəfindən yüksək qiymətləndirilən, ən müxtəlif təltiflərə "layiq" görülən şəxslər xəyanət toruna asanlıqla düşürlər. Hansı ki, həmin şəxslər dövlət üçün hər hansı təhlükə yarana biləcəyi ehtimalını belə vaxtında hiss etməli və dövlətin mənafeyini qorumalıdırlar. Milli mənliyi, dövlətə sədaqəti, xalqa rəğbəti olmayan şəxslər isə təbii ki, şəxsi ambisiyalarını hər hər şeydən üstün tutrlar. Belə "nüfuzlu şəxslərdən", "dövlət xadimlərindən", "siyasi-ideoloji müəlliflərindən" biri də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevdir ki, hazırda barəsində vətənə xəyanət maddəsilə cinayət işi açılıb.
Azərbaycanın siyasi tarixinin dəyərlərinə, ənənələrə, siyasi irsə dərin ehtiram göstərən Prezident İlham Əliyev fəaliyyəti dövründə Ümumilli Liderin silahdaşlarına hörmətlə yanaşıb, dövlət və ictimai xidmətini dəyərincə qiymətləndirib. Pensiya yaşı çatanda isə yüksək dövlət təltifləri ilə təqaüdə göndəriliblər. Elə keçmiş administrasiya rəhbərinə də eyni mövqe sərgilənib, hörmət və izzətlə təqaüdə göndərilib. Lakin, şəxsi ambissiyalarını, millət və dövlət maraqlarından üstün tutan Ramiz Mehdiyev ona verilən şansı dəyərləndirməyərək xəyanət mövqeyi tutub. Baqşa sözlə, guya "özünün ideoloqu" olduğu, dövlətin kürəyinə bıçaq sancıb. İndiyə qədər formalaşdırdığı imici qoruyub saxlamaq əvəzinə, ahıl yaşında özü və nəsli-nəcabətinə əbədi xəyanətkar damğasi vurdu.
Azərbaycan dövləti, onun Prezidenti İlham Əliyev üçün isə dövlətə, dövlətçiliyə sədaqət, millərin və vətəndaşların mənafeyini qorumaq prioritet təşkil edir. Odur ki, dövlətə külli miqdarda ziyan vuran, onun siyasi və iqtisadi əsaslarına təhdid yaradan, dövlətin konstitusion quruluşunu dəyişdirməyə hesablanmış müxtəlif dövlət çevrilişi ssenarilərində yer alan xəyanətkar məmurlar mütləq cəzalarını almalıdırlar. Dövlətə xəyanət yolu tutanların xaricə uzanan əlləri kəsilməli, xarici havadarlarının təsir rıçaqları aradan qaldırılmalıdır. Sirr deyil ki, Ramiz Mehdiyev arzuladığı dövlət çevrilişini təkbaşına həyata keçirə bilməzdi. Bu baxımdan onu dəstəkləyən, komandasında təmsil olunmaq istəyən, xəyanət ssenarisində yer alan şəxslər də cəzasız qalmayacaq. Dövlət baba isə nəyin və nə vaxt etməli olduğunu hamıdan yaxşı bilir.
Alim
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31