AZ

Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb.

Oxu.Az xəbər verir ki, hadisə oktyabrın 18-də Xətai rayonunda qeydə alınıb.

Belə ki, Murad Bahadur oğlu Rüstəmov idarə etdiyi "Isuzu" markalı, 12 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusla piyada Elçin Qafar oğlu Baxşiyevi vurub. Nəticədə piyada oktyabrın 23-də müalicə aldığı Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
2
oxu.az

3Mənbələr